Türkiyədə olan azərbaycanlı turistlər haqda SON MƏLUMAT

Türkiyədə olan azərbaycanlı turistlər haqda   SON MƏLUMAT

Türkiyənin kurortlarında vəziyyət stabildir və orada olan azərbaycanlı turistlər təhlükəsizlikdədirlər.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə Azərbaycanın turizm bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, Türkiyədə olan azərbaycanlı turistlər ilə bağlı narahat olmağa heç bir əsas yoxdur, turizm şirkətləri onlarla daim əlaqə saxlayır.

Mənbə, həmçinin bildirib ki, AZAL-ın Bakıdan Türkiyəyə təyyarə reysləri cədvəl üzrə həyata keçirilir. Bu gün səhər Antalya, Bodrum və İzmirə uçuşlar həyata keçirilib. Geriyə reyslər də cədvələ uyğun həyata keçiriləcək.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 90 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhdə görə, 1563 hərbçinin həbs olunduğu bildirilir.

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR