Türkiyədə növbəti terror xəbərdarlığı

Türkiyədə növbəti terror xəbərdarlığı

Türkiyədə ABŞ sərmayəsi ilə işləyən şirkətlərə növbəti terror barədə xəbərdarlıq edilib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, xəbərdarlıq mətnində növbəti terror aktının martın 20-də ola biləcəyi qeyd olunub. Bu tarixdə dövlət və hökumət binaları kimi terror hədəfi ola biləcək yerlərdən uzaq durmaq lazım olduğu vurğulanıb. Həmçinin, dövlət binaları, hərbi korpuslar, diplomatik missiyalar, meydanlar, ibadət yerləri və turistik yerlərin təhlükədə ola biləcəyinə diqqət çəkilib.

Xəbərdarlıq mətnində Novruz bayramının həftə sonuna düşdüyü üçün hadisələrin arta biləcəyinə işarə edilib: “Qruplaşmanın olduğu hər yerdən uzaq durun. Hədəf ola biləcək yerlərdən (hökumət müəssisələri, səfirliklər, ticarət mərkəzləri) uzaq olun. Hərəkət istiqamətinizi bu həftə üçün edilən xəbərdarlığa görə dəyişdirin. Ailənizi və yaxınlarınızı bu vəziyyət barədə xəbərdar edin”.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR