Türkiyədə terror can almaqda davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tunceli-Elazığ yolunda əsgər maşınına qarşı növbəti tələ qurulub. Belə ki, əsgərlər yolu keçərkən yola terorçular tərəfindən öncədən quraşdırılan əl istehsalı olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 3 əsgər şəhid olub.
Hadisəsə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Partlayışın baş verdiyi ərazidə polis tərəfindən əməliyyat aparılır.