Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
BBC-nin verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.
Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.