Türkiyədə növbəti terror hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, PKK terror təşkilatının üzvləri Türkiyənin Diyarbəkir şəhərində polisə silahlı hücum edib.
Ərazidə olan polislərə raketlə edilən hücum nəticəsində iki polis şəhid olub, 3-ü isə yaralanıb.
Ötən gecə Diyarbəkirin Sur qəsəbəsində də polis bölməsinə silahlı hücum olub. Hadisə nəticəsində polis bölməsinin yaxınlığında olan bir mülki şəxs yaralanıb.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.