Çanaqqalanın Ayvacık mahalından yunan adası Midilliyə gedən qayıq batıb.
Aktual.az bildirir ki, qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, 52 miqrantın olduğu taxta gəmi gecə saatlarında insan çoxluğu səbəbindən aşıb.
Hadisə yerinə sahil təhlükəsizlik qüvvələri cəlb olunub. 25 nəfər xilas olunub, 12 nəfərin cəsədi sudan çıxarılıb.
Digər miqrantların axtarışı davam etdirilir.
Cəsədlər Babakale Limanına aparılıb.