Türkiyədə ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 14:00-da tarixi rekord səviyyə - 3,64 TRY/USD-yə yüksəlib.
Aktual.az "Report”-a istinadən xəbər verir ki, dolların məzənnəsində gündəlik artım 2%-ə yaxınlaşıb.
Səhər saatlarında 3,56 TRY/USD-yə qədər geriləyən məzənnə, daha sonra dolların qlobal valyuta bazarında bir qədər möhkəmlənməsi və FED-in uçot dərəcəsini artırmağa davam edəcəyi xəbərləri ilə yüksəlməyə başlayıb.
"Report”un analitik qrupu Türkiyədə dolların məzənnəsinin yaxın zamanlarda 3,75 TRY/USD, il ərzində isə 4,05 TRY/USD-yə çatacağını ehtimal edir.
Qeyd edək ki, dolların lirə ilə müqayisədə möhkəmlənməsinin digər bir səbəbi də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq niyyətində olmadığını bildirməsi amili ilə bağlıdır.
Aktual.az
Xəbər 381 dəfə oxunub.