Türkiyədə koronavirusdan ölənlərin sayı 13 mini ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 13 mini ötdü
  • DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVİD-19) daha 174 nəfər dünyasını dəyişib.

Demokrat.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 014 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 876 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 474 606 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 291 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 388 771 nəfər təşkil edir.
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR