Türkiyədə İŞİD-in sexi tapıldı

Türkiyədə İŞİD-in sexi tapıldı
  • DÜNYA

Türkiyənin Gaziantep şəhərində İŞİD-ə terror hücumları üçün xüsusi bombalar hazırlayan sex aşkar olunub.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı sexdən tikiş maşını, parça hissələri, kamikadzelərin terror zamanı istifadə etdiyi müəyyən vasitələr, xüsusi gödəkcələr, bombanın hazırlanmasında istifadə olunan xüsusi maddələr götürülüb. Ankarada 102 adamın öldüyü terror hadisəsindən sonra yaradılan xüsusi əməliyyat qrupu şübhəli bilinən bir şəxsin izinə düşərək sexin yerini müəyyənləşdirə bilib. Əməliyyat qrupu sexdən hazır olan minlərlə bomba gödəkçələri, TNT qəlibləri, terror hadisələri zamanı istifadə olunan xüsusi aparatlar tapıb. Kamikadze gödəkçələrinin hazırlanması üçün lazım olan bəzi vasitələrin İŞİD üzvləri tərəfindən Suriyadan gətirildiyi bildirilir.

Sexdə hazırlanan bombalar vasitəsi ilə terror hadisələrinin planlaşdırıldığı da açıqlanıb. Hətta Antalyada keçiriləcək G-20 zirvə sammiti zamanı hazırlanan bombalardan birinin partladılması nəzərdə tutulub.

Xəbər 1091 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR