Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 98 vətəndaş saxlanılıb

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 98 vətəndaş saxlanılıb
  • DÜNYA

Türkiyədə il ərzində Suriyada "İslam dövləti" terror təşkilatına qoşulmaq istəyən 98 Rusiya vətəndaşı saxlanılıb.
Aktual.az Xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Rusiyanın bütün vətəndaşları ölkədən deportasiya edilib.

Bundan başqa, terror təşkilatına qoşulmaq istəyən 324 Çin vətəndaşı saxlanılıb.

Məlumatda deyilir ki, Çin və Rusiya vətəndaşları ilə yanaşı, Türkiyədə 57 Əfqanıstan, 17 Fransa vətəndaşı da saxlanılaraq ölkədən deportasiya edilib.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR