Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hökumət hərbi çevriliş cəhdindən sonra görülən təhlükəsizlik tədbirləri çərçivəsində hərbi liseyləri bağlamağı qərara alıb. Zabit ehtiyacı universitet tələbələri vasitəsi ilə ödəniləcək.
Ali hərbi məktəblərə isə hərbi liseylərdən deyil normal orta məktəblərdən tələbələr qəbul ediləcək.