FETÖ-nün müxtəlif vaxtlarda ordudan planlı şəkildə uzaqlaşdırdığı hərbçilər Türkiyə Silahlı Qüvvələrinə qaytarılır.
Aktual.az axar.az-a istinadən bildirir ki, proses zamanı arxivdəki bütün sənədlər açılacaq. Haqsız şəkildə ordudan uzaqlaşdırılan hərbçilərin geri qaytarılması və ordudakı gizli FETÖ-çülərin təsbit edilməsi məsələsi yenidən gözdən keçiriləcək.
Məlumata görə, "Vətənin əsl əsgərlərinin geri qaytarılması" adı altında aparılacaq prosesdə əvvəlcə pilotlar orduya gətiriləcək.
Qeyd edək ki, FETÖ-çular tərəfindən ordudan uzaqlaşdırılan hərbçilər öz açıqlamalarında həmin zabitlərin onlara işgəncə verdiyini və müxtəlif bəhanələrlə ordudan xaric etdiyini bildirib.