Türkiyədə Hepatit B virusuna qarşı ilk vaksin partiyası hazırlanıb
Ölkə.Az Anadolu Agentliyinə istinadən bildirir ki, vaksin Türkiyənin Hacəttəpə Universitetinin alimləri tərəfindən hazırlanıb.
"Türkiyə Respublikasının yaranmasının ilk illərindən ölkədə vaksin hazırlanır. Bu iş 1990-cı illərin ortalarında dayandırılıb. Türkiyə bu sahədə başqa dövlətlərdən asılı vəziyyətə düşüb",- deyə universitetin Əczaçılıq Fakultəsinin dekanı Bülent Gümüşel bildirib.
O deyib ki, Türkiyə hər növ vaksinləri idxal edir.
"2016-cı il mayın 14-də universitetimizin əczaçılıq fakultəsində Keymen şirkətinin əməkdaşlığı ilə hepatit B əleyhinə vaksin istehsal edilib",- deyə alim əlavə edib.