İstanbul məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinərək saxlanılan 758 nəfər hərbçinin azad olunması barədə qərar çıxarıb.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qərar istintaqı aparan prokurorluq orqanlarının təqdimatına əsasən verilib.
Ümumilikdə 989 nəfər ifadə verib ki, onlardan 231-i həbsdə qalıb.