Türkiyədə gömrük işçiləri yoxa çıxdı

Türkiyədə gömrük işçiləri yoxa çıxdı
  • DÜNYA

Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalındakı Üzümlü sərhəd keçid məntəqəsinin 7 əməkdaşı itkin düşüb.

Aktual.az xəbər verir ki, gömrükçülərdən avqustun 10-u səhər saatlarından xəbər alınmır.

Əldə edilən məlumata görə, onlar səhər saatlarında Yüksekovadan Çuxurcaya getmək üçün mikroavtobusla yola çıxıblar. Lakin onlar sərhəd keçid məntəqəsinə gedib çatmayıblar. Hazırda təhlükəsizlik gücləri gömrükçülərin tapılması üçün axtarışlara başlayıb.

Gömrükçülərin terror təşkilatının silahlıları tərəfindən qaçırılması ehtimalı üzərində dayanılır.

 
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR