Türkiyədə hərbi çevrilişə cəhddən sonra dövlət qurumlarında aparılan əməliyyat davam edir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Baş Polis İdarəsində dünən gecədən etibarən əməliyyat başlayıb. Əməliyyat nəticəsində Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla 7850 polis vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırılmalı olan şəxslərin siyahısı rayonlara göndərilib. G
ecə boyunca Baş İdarəyə çağıran polislərin silahları və şəxsiyyət vəsiqələri alınıb. Bu heyətin daha sonra məhkəməyə çıxarılacağı qeyd edilir.