Türkiyədə fövqəladə vəziyyət uzadıla bilər

Türkiyədə fövqəladə vəziyyət uzadıla bilər
  • DÜNYA

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıla bilər.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nın Qrup Toplantısında deyib.

Onun sözlərinə görə, 2017-ci il Türkiyənin terrorla mübarizədə mütləq hakimiyyəti saxlayacağı il olacaq. Baş nazir bildirib ki, bu həftə parlament fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması ilə bağlı məsələni müzakirə edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR