Türkiyədə FETÖ ilə əlaqəsi olan 162 nəfər həbs edildi

Türkiyədə FETÖ ilə əlaqəsi olan 162 nəfər həbs edildi
  • DÜNYA

Türkiyə prokurorluğu İstanbulun 3 məhkəməsinin 87 əməkdaşının və 75 nəfər penitensiar xidmət əməkdaşının həbs edilməsi üçün order verib.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, bu gün səhər saatlarında İstanbulun Çağlayan, Qaziosmanpaşa və Büyükçekmece məhkəmələrində, Silivri, Metris və Bakırköy cəzaçəkmə müəssisələrində əməliyyat keçirilib.

Axtarışda olanların bəzisi ölkənin başqa əyalətlərinə təyin edildiyi üçün polis əməkdaşları başqa şəhərlərdə də xüsusi əməliyyatlar keçirir. Haqqında həbs qərarı çıxan şəxslərin FETÖ qruplaşması ilə əlaqəli olduğu və "Bylock" əlaqə kanalından istifadə etdikləri bildirilir.

Xatırladaq ki, 16 iyulda baş tutmayan hərbi çevrilişdən sonra Türkiyədə 32 min nəfər həbs edilib.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR