Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.
Xatırladaq ki, üzərində ""Erməni soyqırımı"nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində "erməni soyqırımı" davam edir" sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.
Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.
Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.
Aktual.az
Xəbər 461 dəfə oxunub.