Ərdoğanın Rusiyaya səfəri bazara təsir edib.
Dollar/TL günə məhdud yüksəlişlə başlayıb və 2,98-in üzərində tarazlanıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, dünən günə azalma ilə başlayan Dollar/TL 2,9793 ilə son bir həftənin ən aşağı səviyyəsinə enib və günü 2,9816 ilə tamamlayıb.
Bu gün səhər saatlarında 2,9848-dən başlayan dollar/TL gün içində 2,9872-ə qədər qalxıb və saat 09:55-dən etibarən isə 2,9850 səviyyəsində qərarlaşıb. Avro/TL 0,04% artışla 3,3080, funt sterlinq /TL 0,34% azalma ilə 3,8790-a çatıb.
Azərbaycanda da Türkiyənin milli valyutası lirə 0,18% bahalaşaraq 0,5356 manatdan 0,5366 manata qalxıb.
Analitiklər isə Türkiyədə dolların ucuzlaşması və lirədə müşahidə edilən cüzi artımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ilə bağlı olduğunu bildirirlər.