Diyarbəkir vilayəti Sur rayonunda davam edən əməliyyatlar zamanı, separatçı terror təşkilatı mənsublarının hücumu nəticəsində 2 əsgər və 1 polis vəfat edib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytında məlumat yerləşdirilib. Bildirilir ki, hücum nəticəsində 2 əsgər və 1 polis ağır yaralanıblar. Xəstəxanaya aparılan yaralıların həyatını xilas etmək mümkün olmayıb.