Türkiyə yenə də şəhid verib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, Diyarbəkir vilayətində terrorçuların Rayon Jandarma Komandanlığına bombalı hücumu nəticəsində 3 əsgər şəhid olub. 38-i əsgər olmaqla 46 nəfər yaralanıb.
Hadisə yerinə vertolyotlar, AFAD briqadaları və çox sayda təcili tibbi yardım maşını cəlb edilib. Yaralılar vertolyotlar və sanitar maşınlarla hospitala aparılıblar.