Türkiyənin cənub-şərq əyalətində, Suriya ilə sərhəddə yerləşən Mardində böyük terror aktının qarşısı alınıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Polis tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib. İlkin məlumatlara görə, terror aktı PKK tərəfindən planlaşdırılıbmış.