Türkiyə Müdafiə Nazirliyi hərbi çevrilişə cəhdlə əlaqədar bütün hərbi hakim və prokurorlarla bağlı araşdırmaya başlayıb.
Azvision.az-ın `Haber 7` qəzetinə istinadən verdiyi məlumata görə, Milli Müdafiə Nazirliyi 262 hərbi prokuror və hakimi vəzifələrindən uzaqlaşdırıb.
Onların "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) üzvü olduqları bildirilir.