Türkiyədə dövlət və vəqf universitetlərində çalışan 5342 nəfər tutduğu vəzifədən azad ediliblər.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə Ali Təhsil Şurası (YÖK) məlumat yayıb.
Xəbərdə bildirilib ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilindikləri üçün işdən çıxarılıblar.