Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb.
"Report” Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 mənzil və yaxud 14,3% azdır.
Bu ilin yanvar-fevral aylarında isə azərbaycanlılar Türkiyədə 189 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 11 mənzil və yaxud 5,5% azdır.
Ümumilikdə fevralda xarici vətəndaşlar Türkiyədə 4 048 mənzil alıb ki, bu da illik müqayisədə 691 mənzil və yaxud 20,6% çoxdur.
Bu rəqəm yanvar-fevralda isə 7 993 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 436 mənzil və yaxud 21,9% çoxdur.
2020-ci ildə Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar fevralda 721, yanvar-fevralda isə 1 399 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar fevralda 691, yanvar-fevralda isə 1 430 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan fevralda 282 mənzil, yanvar-fevralda isə 536 mənzilə sahib olub.
Xəbər 194 dəfə oxunub.