Azərbaycana məxsus avtomobil Türkiyədə həyəcan təbili çaldırıb.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən axşam Bursada yaşanıb. Şəhərin müşahidə kameralarında görüntülənən, Türkiyəyə aid olmayan 27 BR 230 seriya nömrəli avtomobil polisləri hərəkətə keçirib.
Maşında bomba olduğundan şübhələnən hüquq-mühafizə işçiləri onu axtarışa veriblər. Lakin avtomobil saxlanılan zaman məlum olub ki, maşın Azərbaycan əsilli Ömər Eyyuboğluna məxsusdur və o, Bursaya yaxınlarını görməyə gedib.
Aktual.az
Xəbər 671 dəfə oxunub.