Türkiyədə Azərbaycan investisiyaları 3 dəfə artıb

Türkiyədə Azərbaycan investisiyaları 3 dəfə artıb

2015-ci ilin yanvar-mart aylarında Türkiyəyə birbaşa Azərbaycan investisiyalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artaraq 277 milyon dollar təşkil edib. Müqayisə üçün: 2014-cü ilin yanvar-mart aylarında bu göstərici 88 milyon dollar təşkil edib. 

Trend-in məlumatına görə, bu barədə Türkiyə Mərkəzi Bankının cari ilin birinci rübünün yekunu üzrə hesabatında deyilir.

Hesabata əsasən, cari ilin yanvar ayında Azərbaycan Türkiyə iqtisadiyyatına 73 milyon dollar, fevralda 30 milyon, mart ayında isə 174 milyon dollar sərmayə yatırıb.

Qeyd edək ki, 2002-ci ildən 2011-ci ilədək Azərbaycan Türkiyə iqtisadiyyatına 1,27 milyard dollar investisiya qoyub.

2015-ci ilin 1-ci rübündə Azərbaycan Asiya ölkələri arasında Türkiyə investisiya qoyuluşları üzrə 9,89 faiz xüsusi çəki ilə ikinci yeri tutub.

Ümumiyyətlə, Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya qoyan ölkələr arasında dördüncü yeri tutur.

Aktual.az

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR