Türkiyədə antiterror əməliyyatı: 60 PKK-çı öldürüldü

Türkiyədə antiterror əməliyyatı:   60 PKK-çı öldürüldü
  • DÜNYA

Türkiyənin cənub-şərqində terrorçulara qarşı hərbi əməliyyatlar davam edir.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, son iki gündə təhlükəsizlik qüvvələrinin 4 vilayətdə terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində öldürülən PKK-çıların sayı 60 nəfərə çatıb, külli miqdarda odlu silah və partlayıcı maddələr müsadirə olunub. Onların 25-i Cizre və Silopidə, 29-u Surda, 6-sı da Dargeçitdə məhv edilib.




İraqla sərhəd yaxınlığında yerləşən Şırnakın Cizrə və Silopi şəhərlərində təhlükəsizliyin qorunması üçün minlərlə polis və əsgər bölgəyə səfərbər olunub. Bir çox sakinlər döyüşlərə görə evlərini tərk edib, təhlükəsiz rayonlara köçüblər.



Təxminən 2 min xüsusi təyantlı polislə 1000-ə yaxın xüsusi təyinatlı jandarma qüvvələrinin həyata keçirdiyi son əməliyyatda terrorçular 1500 kilometr əraziyə sıxışdırılıb. Silopi şəhərində 400 terrorçu mühasirəyə alınıb. Şəhərin Başak, Barbaros, Nuh və Cudi məhəllələrində də terrorçularla şiddətli döyüşlər gedir.



Əməliyyatlarda pilotsuz uçan aparatlar, tanklar və "Kobra" helikopterlərindən istifadə edilir. Genişmiqyaslı əməliyyatları 14 generalın idarə etdiyi bildirilir. Bölgəyə 10 min əsgər cəlb olunub və əlavə 5 min əsgər də göndərilicək.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR