Türkiyə polisi Fətüllah Gülənlə əlaqəsi olduğu ehtimal edilən Almaniya vətəndaşını saxlayıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu haqda məlumatı Röyter agentliyi yayıb.
Qadının həbs olunmasına səbəb evindən tapılan kitablar olub. Sözügedən kitablar Almaniya vətəndaşı ilə Gülənin əlaqəsinin olduğunu sübuta yetirib.
Verilən məlumata görə, Almaniya Federativ Respublikasının Ankaradakı səfirliyinə sözügedən qadınla əlaqə saxlamağa icazə verilmir.