Türkiyənin Çanaqqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı turistləri daşıyan avtobus aşıb və su kanalına düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.
Qəza yerinə polis və xilasetmə qrupları cəlb edilib.
Xəbər 656 dəfə oxunub.