Türkiyədə 626 təhsil müəssisəsinin fəaliyyəti dayandırılacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyi qərar verib.
Bildirilib ki, onlardan 524-ü özəl məktəbdir.
Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir.
Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 21 738 min insan qovulub.