Ötən gün Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda bir evin zirzəmisində və bəzi evlərdə keçirilən əməliyyat zamanı onlarla terrorçu öldürülüb.
Aktualaz-ın APA-ya istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının təslim olmaqla bağlı çağırışına məhəl qoymayan terrorçular atəş açmağa başlayıblar. 2 saat davam edən atışmada PKK və YGD-H terror təşkilatlarının üzvü olduğu ehtimal edilən 50-dən çox terrorçu zərərsizləşdirilib. TRT kanalı öldürülənlərin sayının 60 nəfər olduğunu açıqlasa da, bununla bağlı rəsmi məlumat yayılmayıb.