Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı aparılan əməliyyat davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin FETÖ istintaqı çərçivəsində Ankaranın 13 rayonunda əməliyyat keçirilib.
Nəticədə aralarında regional müdirlər də olmaqla 35 nəfər saxlanılıb. Saxlanılanlar polis idarəsinə aparılıb