Türkiyənin Sur və İdil bölgələrində bu günədək 313 PKK terrorçusu öldürülüb.
Aktual.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Sur vilayətində 4, Şırnakın İdil vilayətində isə 4 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib. Bununlada Surda öldürülən terrorçuların sayı 248, İdildə 65-ə çatıb.
Eyni zamanda hər iki bölgədə zərərsizləşdirilən əl bombalarını sayı 337-yə çatıb. Surda isə 17-si uşaq olmaqla 32 nəfər təslim olub.