Xəbər verdiyimiz kimi iyulun 20-də Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra keçirilən ilk iclası keçirilib.
AzNews.az-ın məlumatına görə, 4 saat 40 dəqiqə davam edən iclas sonrası ölkə prezidenti Ərdoğan media mənsubları qarşısına keçərək, iclasda alınan qərarlar barədə açıqlamalar verib.
Prezident bildirib ki, ölkədə 3 ay müddətində fövqəladə vəziyyət elan edilib.