Türkiyənin Konya şəhərində iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-si artıq ilə həbs edilib.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Digər saxlanılan vəkillərin ifadələri prokurorluqda alındıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.