Fəthullah Gülən hərəkatının tərəfdarları ilə mübarizə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 12700 polis əməkdaşı işdən azad edilib.
Aktual.az bildirir ki, bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.