Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində 12 hakim və prokuror barəsində həbs qərarı verilib.
Aktual.az report-a istinadən bildirir ki, Anadolu Baş Prokurorluğunun təlimatı ilə Anadolu Ədliyyə Sarayında çalışan 39 prokuror və 71 hakim saxlanılıb.
Şübhəlilərdən 12-si məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 7 nəfər isə sərbəst buraxılıb.
Həbsə salınanlar arasında Hakimlər və Prokurorlar Baş İdarəsinin (HSYK) keçmiş I dairə sədri və Anadolu III İş Məhkəməsinin hakimi İbrahim Okur da var.