Türkiyədə 100 kq partlayıcı aşkarlandı

Türkiyədə 100 kq partlayıcı aşkarlandı
  • DÜNYA

Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində 100 kq partlayıcı aşkarlanıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Sabah” qəzetinə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunur ki, xidməti itin köməyi ilə aşkarlanan partlayıcı maddə yerin altında iki konteynerdə gizlədilib. Yaxınlıqda 400 metrlik kabel və detonatorlar da tapılıb.

Polis ehtimal edir ki, PKK silahlıları partlayıcı maddədən yaxınlıqda keçən Kərkük-Ceyhan neft kəmərini partlatmaq üçün istifadə etməyi planlaşdırırdılar.

Qeyd edək ki, İraq nefti Türkiyəyə Kərkük-Ceyhan xətti vasitəsi ilə nəql olunur.

Aktual.az

Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR