"Türkiyə zabiti ABŞ-dan sığınacaq istəyib"

  • DÜNYA

"ABŞ-ın Virciniya ştatında NATO birləşməsində xidmət çəkən Türkiyə ordusunun zabiti hərbi çevrilişə cəhdin araşdırılması ilə əlaqədar geri çağırıldıqdan sonra ABŞ-dan sığınacaq istəyib".

Aktual.az  APA-ya istinadən bildirir ki, bunu "Röyters" agentliyinə amerikalı məmurlar deyib.  Agentlik türkiyəli hərbçinin ABŞ-dan sığınacaq istəməsinin tarixdə ilk hal olduğunu qeyd edir.
 
Mənbənin məlumatına görə, türkiyəli zabit NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin transformasiyası üzrə komandanlığının Norfolk şəhərində yerləşən mənzil qərargahında xidmət çəkib. Hərbçinin kimliyi və rütbəsi açıqlanmır.
 
Türkiyənin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, Türkiyə məhkəməsi iyulun 22-də kontr-admiral Mustafa Uğurlunun həbsinə dair order verdikdən sonra həmin hərbçidən heç bir məlumat daxil olmayıb.    
 
"Mustafa Uğurlu  iyulun 22-də medallarını və şəxsiyyət vəsiqəsini bazada qoyaraq yoxa çıxıb. Bundan sonra ondan heç bir xəbər olmayıb", - deyə mənbə bildirib.
 
Türkiyəli məmur ABŞ-da xidmət çəkən daha iki türkiyəli zabitin geri çağırıldığını bildirib.   

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR