Bu gün səhər Bakı saatı ilə 03.11-də Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Türkiyənin Bodrum vilayətindən 50 kilometr uzaqlıqda, Yunanıstanın Kos adasının yaxınlığında yerləşib. Zəlzələnin ocağı 130.5 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.