Türkiyə XİN: "Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki günlərə qayıdacaq"

Türkiyə XİN:
  • DÜNYA

"Heç narahat olmayın Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki günlərinə qayıdacaq"


Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Antalya şəhərində Rus Sənət və Mədəniyyət Mərkəzindəki çıxışı zamanı bildirib.
Məlumata görə, dekabrın 28-də nazir Türkiyədə yaşayan Rusiya vətəndaşları ilə bir araya gələrək, Mədəniyyət Mərkəzində onlarla görüşüb.
M.Çavuşoğlu deyib ki, indi əsas məsələ iki ölkənin əlaqələrində yaranan gərginliyi hansı formada həll etməyin yolunun tapılmasıdır: "Bunun üzərində işləməliyik. Eyni zamanda elə etməliyik ki, indiki vəziyyət iki ölkənin xalqlarına təsir etməsin. Təəssüflər olsun ki, Rusiyada yaşayan və işləyən Türkiyənin bəzi vətəndaşlarına qarşı mənfi addımlar atıldı. Bundan narahat olduq və bunu həm Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, həm də Rusiyanın başqa rəsmilərinin diqqətinə çatdırdıq. Dostumuz Sergey Lavrov da Türkiyə vətəndaşlarına qarşı atılan addımların yanlış olduğunu və bunun qarşısını alacaqlarını söylədi".

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR