Türkiyə XİN-dən ABŞ məhkəməsinə ETİRAZ

Türkiyə XİN-dən ABŞ məhkəməsinə ETİRAZ
  • DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi erməni ASALA terror təşkilatının üzvünün şərti azad edilməsi barədə ABŞ məhkəməsinin qərarını pisləyib.

Aktual.az  xəbər verir ki, Trend bu barədə Türkiyə XİN-in saytına istinadən məlumat verir.

Qeyd edək ki, Kaliforniya məhkəməsi 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirmiş Qampinq Susanyanı şərti azadlığa buraxıb. Məhbusun azad olunması üçün Kaliforniya ştatının qubernatorunun təsdiqi lazımdır.

Türkiyə XİN qərarı ədalətsiz adlandıraraq hökumət qurumlarının müdaxiləsinə ümid etdiyini bildirib.
 
Aktual.az
Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR