Türkiyə vətəndaşlarını geri çağırır - İraqı təcili tərk edin

Türkiyə vətəndaşlarını geri çağırır   - İraqı təcili tərk edin
  • DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqı təcili tərk etməyə çağırıb. Nazirliyin dekabrın 9-da yaydığı açıqlamada İraqda olmasına xüsusi zərurət olmayan vətəndaşlara təhlükəsizlik məqsədi ilə ölkə ərazisini tərk etmələri israrla tövsiyə edilib. 

Sənəddə Duhok, Erbil, Süleymaniyye daha təhlükəsiz bölgələr kimi qeyd olunub: “İraq təhlükəsizlik baxımından yüksək risk daşıyan bir ölkədir. Ölkədəki təhlükəsizlik hər an daha ciddi təhdid altında düşməkdədir. İraqda son dövrlərdə Türkiyə vətəndaşlarına qarşı zorakılıq, terror, insan oğurluğu faktlarının daha da artması Ankaranı öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edir”.

Sənəddə İraqda fəaliyyət göstərən Türkiyə şirkətlərindən işçilərinin təhlükəsiz şəkildə vətənə dönmələrinə yardım etmələri tələb olunur: “İraq Kürd Bölgə Yönətimindən başqa Bəsrə, Muthanna, Dhikar, Meysan, Nəcəf, Khadisiye, Vasit, Babil, Divaniyə, Ənbər, Bakuba, Selahaddin, Ninova, Kərkük vilayətlərindəki Türkiyə şirkətlərində çalışan vətəndaşlar qələbəlik yerlərə getməməli, təhlükəsizlikləri üçün bir yerə toplanmalı, Bağdad Səfirliyi ilə davamlı təmasda olmalı, xüsusi ehtiyac olmadan ölkə içərisində məkan dəyişdirməməli, toplu halda İraqı tərk etməlidirlər”.

Sənəddə Türkiyənin Bağdad Səfirliyinin və Ərbil konsulluğunun vətəndaşların vətənə dönəməsinə dəstək verəcəyi, qaynaq xətt telefonlarının 24 saat açıq olduğu bildirilir.

Aktual.az

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR