Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib.
Bu barədə Trend qurumun saytına istinadən məlumat verir.
XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq, Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur: "Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik".
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.