Türkiyə vətəndaşı Bakı-Sumqayıt qatarının altında qaldı

Türkiyə vətəndaşı Bakı-Sumqayıt qatarının altında qaldı

Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov açıqlamasında bildirib ki, ötən gün saat 19:00-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub.

Məlum olub ki, həmin şəxs 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılmaz Harum Mehmetdir. Onun qatar relsinin kənarında spirtli içki qəbul etdiyi aşkarlanıb.

Türkiyə vətəndaşı hazırda xəstəxanadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”. (azvision.az)

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR