"Rusiya və Türkiyə İŞİD-lə birgə mübarizə aparmaq üçün razılığa gəliblər"
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri İbrahim Qalın ildirib.
Onun sözlərinə görə, Ankara və Moskva beynəlxalq terrorizmlə və o cümlədən İŞİD-lə mübarizədə sıx əməkdaşlıq etmək üçün razılığa gəliblər.
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu isə NTV kanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriyada İŞİD-lə mübarizə üçün əlindən gələni etməyə, hətta hərbi hava qüvvələrini bu işə cəlb edərək Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmağa hazırdır.