Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Ketrin Kolonna ilə görüşdə Qarabağ məsələsini də müzakirə edib.
Aktual.az xəbər verir ki, o, fransalı həmkarına Cənubi Qafqazda sülh imkanının yarandığını deyib.
Çavuşoğlu bildirib ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yaranıb. "Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir", - deyə Türkiyə XİN başçısı qeyd edib.
Bundan əlavə, görüşdə digər regional məsələlər də müzakirə edilib.
Xəbər 365 dəfə oxunub.