Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü TƏXİRƏ salındı

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü TƏXİRƏ salındı

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü təxirə salınıb.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq idarələrinin nümayəndələri arasında görüş olmalı idi:

"Amma həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə, Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salınıb. Növbəti görüş hələ müəyyən olunmayıb".

Qeyd edək ki, Ruben Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu dəfə iyulun 14-də görüşüb. 
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR